REPO-un Açılma Tarixi

REPO şəhadətnaməsinə uyğun olaraq emitent tərəfindən qiymətli kağızların müştərilərə satıldığı gündür.
REPO Sazişi
REPO-un Bağlanma Tarixi
OBASTAN VİKİ
Repo
Repo müqaviləsi (ing. Repurchase agreement) — qiymətli kağızların satışı zamanı bağlanır. Bu müqaviləyə əsasən qiymətli kağızları satan tərəf onları əvvəlcədən müəyyən edilmiş qiymətə geri almağı öhdəsinə götürür. Bu cür müqavilələr hələ orta əsrlərdən — italyan bankirlərinin veksellərlə əməliyyatlar keçirdiyi vaxtlardan mövcuddur Repo zəmanəti verən avtomobil dileri öhdəsinə götürür ki, satdığı avtomobili bir il ərzində ilkin dəyərindən əvvəlcədən müəyyən edilmiş məbləği çıxaraq geri alacaq. Çıxılan məbləğ faizlə ifadə olunur. Hər növbəti il avtomobilin geri alınma dəyəri eyni miqdarda azalır. Məsələn, diler −10 Repo zəmanəti verirsə, bu o deməkdir ki, o, 1 il ərzində satdığı avtomobili əvvəlki dəyərindən 10% çıxaraq geri satın almağı öhdəsinə götürür. Və hər növbəti il onun qiyməti daha 10% aşağı düşür. Beləliklə, diler avtomobil alıcısının avtomobilə sahib olma zamanı itirəcək maksimal məbləğə zəmanət verir. Repo zəmanəti adətən müəyyən müddət (3–5 il) ərzində qüvvədə qalır.
Python-un tarixi
Python proqramlaşdırma dili 1980-ci illərin sonlarında Qvido van Rossum tərəfindən yaradılıb və onun tətbiqinə 1989-cu ilin dekabrında Hollandiyadakı Riyaziyyat və İnformatika Mərkəzində müstəsna vəziyyətləri emal edən və Amoeba əməliyyat sistemi ilə qarşılıqlı əlaqə qura bilən ABC dilinin davamçısı kimi başlanmışdır. Van Rossum Python-un əsas müəllifidir və onun Python-un istiqamətini müəyyənləşdirməkdə davam edən mərkəzi rolu Python icması tərəfindən ona verilən adda (ömürlük xeyirxah diktator) əks olunur. Lakin Van Rossum 12 iyul 2018-ci ildə istefa verdi. Python adını BBC televiziya şousu "Monty Python's Flying Circus"dan almışdır. Python 2.0 16 oktyabr 2000-ci ildə, yaddaşın idarə edilməsi, Unicode dəstəyi və dövri işləyən tullantı toplayıcısı (istinadların hesablanmasına əlavə olaraq) daxil olmaqla bir çox əsas yeni xüsusiyyətlərlə buraxıldı. Bununla belə ən vacib dəyişiklik daha şəffaf və icma tərəfindən dəstəklənən prosesə keçidlə birlikdə tərtibat prosesinin özündə baş verdi. Böyük, geriyə uyumlu olmayan versiya olan Python 3.0 uzun müddət sınaqdan keçirildikdən sonra 3 dekabr 2008-ci ildə buraxıldı. Onun əsas xüsusiyyətlərinin bir çoxu geriyə uyğun, lakin indi dəstəklənməyən Python 2.6 və 2.7-yə də əlavə edilmişdir.
UN
Birləşmiş Millətlər Təşkilatı (ing. United Nations) — 1945-ci il oktyabrın 24-də dünyanın ən güclü 50 dövləti tərəfindən yaradılmış "Ümumdünya Hökuməti". Hazırda dünyanın 193 ölkəsi, 500 asılı ərazi, Antarktida materiki, Qərbi Səhra, Dünya okeanı bütünlükdə yer kürəsinin 80 — % ərazisi, BMT-nin mandat sisteminə daxildir. BMT-nin baş qərargahı Nyu-York şəhərində yerləşir. Əsas vəzifəsi beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq və möhkəmlətmək, dövlətlər arasında əməkdaşlığı inkişaf etdirməkdir. Birləşmiş Millətlər Təşkilatı İDM-dən sonra, beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanılması, millətlər arasında dostluq əlaqələrinin inkişafı və sosial tərəqiyyə yardım, insan həyatının və hüquqlarının müdafiəsi səviyyəsinin yüksəldilməsi məqsədilə yaradılmış ən böyük qurumdur. BMT-nin Nizamnaməsi 1945-ci il 26 iyunda San-Fransisko konfransında 50 dövlətin nümayəndəsi tərəfindən imzalandı və 1945-ci il 24 oktyabrda qüvvəyə mindi. BMT-nin əsas orqanları BMT Baş Məclisi, BMT Təhlükəsizlik Şurası, İqtisadi və İctimai Şura, Qəyyumluq Şurası, Beynəlxalq Məhkəmə və Katiblikdir. Azərbaycan Respublikası 1992-ci ildən BMT-nin üzvüdür. Üzv ölkələr öz aralarında BMT-nin Nizamnaməsinin — onların dünya birliyinin üzvləri kimi hüquq və vəzifələrini müəyyənləşdirən beynəlxalq müqavilənin prinsipləri ilə əlaqələnirlər.
Ko Un
Ko Un— (kor. 고은; 1 avqust 1933, Günsan[d], Yaponiya imperiyası) — Koreya şairi və nasiri, ictimai xadim, insan hüquqları müdafiçəsi Cənubi Koreya ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Ko Un 1933-cü ilin avqust ayının 1-də Koreya Respublikasının Jeonlabukdo əyalətinin Gunsan şəhərində anadan olmuşdur. Koreya müharibəsində böyük çətinliklərlə üzləşmişdir. 1952-ci ildə — on səkkiz yaşında buddist rahibi olmuşdur. 1957-ci ildə başqa bir rahiblə Buddist təmayüllü qəzet qurmuş və onun baş redaktoru olmuşdur. Həmin qəzetin səhifələrində ilk şeir və esselərini dərc etmişdir. 1958-ci ildə görkəmli şair Ço Çi Xunun tövsiyəsi ilə "Müasir ədəbiyyat" ədəbi toplusunda dərc olunan həcmcə kiçik "Vərəm" adlı şeiri ilə ədəbiyyat aləminə qədəm qoymuş, ilin şairi seçilmişdir. 1962-ci ildə Ko Unun ilk şeirlər toplusu olan "Özgə dünya həssaslığı" kitabı nəşr edilir. Bu dönəmdə o, nəinki Buddist dairələrdə, həmçinin ədəbi mühitdə kifayət qədər tanınırdı. O, Çondung məbədinin baş rahibi, sonra təhsil direktoru və Haein məbədinin rəhbəri vəzifəsini icra etmiş və nəhayət Milli Rahiblər Birliyi Mərkəzi Komitəsinin üzvü seçilmişdir.
UN-SPIDER
UN-SPIDER (United Nations Platform for Space-based Information for Disaster Management and Emergency Response) (azərb. Birləşmiş Millətlər Təşkilatının Fəlakətlərin İdarə Edilməsi və Fövqəladə Müdaxilə üçün Kosmik Əsaslı Məlumat Platforması‎) ― hədəfi kosmos əsaslı məlumatlara və fəlakətlərin idarə olunması məlumatlarına universal girişi təmin etməkdir. Fəlakətləri idarəetmə mərkəzləri ilə kosmik komitələr arasında bir körpü rolunu oynayır. 14 dekabr 2006-cı ildə Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının qərarı ilə qurulan UN-SPIDER-in missiyası "bütün ölkələrə və regional və beynəlxalq təşkilatlara giriş imkanı verən və fəlakətlə əlaqəli bütün kosmik məlumat sistemlərinin tutumunu artırmaqdır". Vyananın xaricində (UNOOSA-nın baş ofisi olduğu yer) Almaniya (Bonn) və Çində (Pekin) ofisləri mövcuddur. Vyana Bonn UN-SPIDER Bonn ofisi 2007-ci ilin oktyabrında Almaniyanın Texnologiya və İqtisadiyyat Nazirliyinə (BMWi) və Almaniya Kosmik Mərkəzinə (DLR) dəstək olmaq üçün yaradılmışdır. Bonn ofisinin vəzifələri, bütün müvafiq məlumatların fəlakətlərin idarə edilməsi və fövqəladə hallar və humanitar yardım təşkilatları üçün asan və əlçatan etməsidir. Pekin Pekin ofisi 9 noyabr 2010 tarixində fəaliyyətə başlamışdır. SpaceAid Sosial dəstək və potensialın artırılması Horizontal təşkilat Texniki Məsləhət Dəstəyi Arxivləşdirilib 2011-05-27 at the Wayback Machine İqlim dəyişikliyi ilə təbii fəlakətlərə qarşı həssaslıq artır və eyni zamanda bunun dünya əhalisinin üzərinə təsir dərəcəsi də sürətlə artır. Zəlzələlər, daşqınlar, qasırğalar və digər təbii fəlakətlər cəmiyyətə böyük ziyan vurur və milli iqtisadi sistemə əlavə böyük bir yük verir.
"Sədərək" un dəyirmanı
Kim Un-Mi
Kim Un-Mi (d. 17 noyabr 1975) — Cənubi Koreyanı təmsil edən həndbolçu. Kim Un-Mi Cənubi Koreya yığmasının heyətində 1996-cı ildə Atlanta şəhərinin ev sahibliyində baş tutan XXVI Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Danimarka yığmasına 37:33 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Atlanta Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı.
Li San-Un
Li San-Un (d. 5 mart 1975) — Cənubi Koreyanı təmsil edən həndbolçu. Li San-Un Cənubi Koreya yığmasının heyətində 1996-cı ildə Atlanta şəhərinin ev sahibliyində baş tutan XXVI Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Danimarka yığmasına 37:33 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Atlanta Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı. Daha sonra Li San-Un Cənubi Koreya yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Norveç yığmasına 22:20 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Sidney Olimpiadasını 4-cü yerdə başa vurdu. Li San-Un Cənubi Koreya yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Danimarka yığmasına 38:36 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Afina Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı.
Li Un-Bi
Li Un-Bi (d. 23 noyabr 1990) — Cənubi Koreyanı təmsil edən həndbolçu. Li Un-Bi Cənubi Koreya yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda İspaniya yığmasına 32:30 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, London Olimpiadasını 4-cü yerdə başa vurdu. Daha sonra Li Un-Bi Cənubi Koreya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun üçündə məğlub olan Cənubi Koreya yığması, Rio-de-Janeyro Olimpiadasını 10-cu yerdə başa vurdu.
Nam Un-Yon
Nam Un-Yon (d. 20 mart 1970) — Cənubi Koreyanı təmsil edən həndbolçu. Nam Un-Yon Cənubi Koreya yığmasının heyətində 1992-ci ildə İspaniyanın Barselona şəhərinin ev sahibliyində baş tutan XXV Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasını 22:28 hesabı ilə məğlub edən Cənubi Koreya yığması, Barselona Olimpiadasını 1-ci yerdə başa vurdu və qızıl medal qazandı.
O San-Un
O San-Un (13 aprel 1977, Tequ) — Cənubi Koreyanı təmsil edən stolüstü tennisçi. O San-Un Cənubi Koreyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 5-ci pillənin sahibi olub. Daha sonra O San-Un Cənubi Koreyanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu, cüt turnirdə isə 9-cu pillənin sahibi olub. O San-Un Cənubi Koreyanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 5-ci pillənin, Komanda turnirində isə bürünc medalın sahibi olub. Daha sonra O San-Un Cənubi Koreyanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu pillənin, Komanda turnirində isə gümüş medalın sahibi olub.
Yu Un-Hu
Yu Un-Hu (d. 24 fevral 1990) — Cənubi Koreyanı təmsil edən həndbolçu. Yu Un-Hu Cənubi Koreya yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda İspaniya yığmasına 32:30 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, London Olimpiadasını 4-cü yerdə başa vurdu. Daha sonra Yu Un-Hu Cənubi Koreya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun üçündə məğlub olan Cənubi Koreya yığması, Rio-de-Janeyro Olimpiadasını 10-cu yerdə başa vurdu.
Ça Un-vu
Lee Dong-min (kor. 이동민; 30 mart 1997), peşəkar olaraq Cha Eun-woo (kor. 차은우) kimi tanınan Cənubi Koreyalı müğənni, aktyor və "Fantagio" şirkətinin adı altında modeldir. Cənubi Koreyanın Astro oğlan qrupunun üzvüdür. Ça Unvu 30 mart 1997-ci ildə Kyonqido vilayətinin Qunpo şəhərində anadan olub. Ça Suri Orta Məktəbində, sonra Suri Liseyində oxuyub. 2016-cı ildə Hanlim Multi İncəsənət məktəbini bitirib. O, hazırda "Sungkyunkwvn" Universitetində ifaçılıq sənəti ixtisası üzrə təhsil alır. Ça "My Brilliant Life" filmində kiçik rolla aktyor kimi debüt etdi. 2015-ci ilin avqustunda Ça, Astro-nun digər üzvləri ilə birlikdə "To Be Continued" veb-dramasında iştirak etdi.
Ço Un-Hi
Ço Un-Hi (d. 20 may 1972) — Cənubi Koreyanı təmsil edən həndbolçu. Ço Un-Hi Cənubi Koreya yığmasının heyətində 1996-cı ildə Atlanta şəhərinin ev sahibliyində baş tutan XXVI Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Danimarka yığmasına 37:33 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Atlanta Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı.
Çun Un-Hi
Çun Un-Hi (d. 1 may 1977) — Cənubi Koreyanı təmsil edən həndbolçu. Çun Un-Hi Cənubi Koreya yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Norveç yığmasına 22:20 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Sidney Olimpiadasını 4-cü yerdə başa vurdu.
Mes que un club
Mes que un club (azərb. Bir klubdan daha artıq‎) – İspaniyanın "Barselona" futbol klubunun rəsmi şüarı. Şüar "Barselona" klubunun ev oyunlarını keçirdiyi Kamp Nou stadionun tribunalarında öz əksini tapmışdır. Şüar klubun sadəcə bir futbol klubu olmadığını, Kataloniya mədəniyyətini və mübarizəsini təmsil etdiklərini bildirmək üçün işlədilir. İkinci İspaniya Respublikası dövründə klub prezidenti Xosep Sunol klubu ölkənin idman və mədəniyyət həyatı ilə birləşdirmək üçün "İdman və vətəndaşlıq" şüarından istifadə etmişdir. Lakin bu şüar klubun daimi şüarı olmamışdır. İndiki şüarın tarixi 1933-cü ilə kimi uzanır. 1933-cü ilin aprelində aid klub məktubunda yazılır: "Belə görünür ki, Barselona bir futbol klubundan daha artıqdır". 17 yanvar 1968-ci ildə "Barselona" klubunun yenicə prezidenti seçilən Narsis de Karreras öz qəbul olunma nitqində "Barselona bir futbol klubundan artıqdır" cümləsini işlətmişdir. Lakin bu ifadə 1973-cü ilə kimi şüar kimi əhəmiyyət qazanmamışdır.
Vroom-un gözlənti teoriyası
Zeb-un Nisə Bəyim
Zeb-un Nisə Bəyim (d. 15 fevral 1658 - 26 may 1702) — ana tərəfindən Səfəvi sülaləsinə mənsub olan moğol şahzadəsi. O, Böyük Moğol imperiyasının imperatoru I Övrəngzibin əsas arvadı və imperatriçası Dilras Banu Bəyim Səfəvinin evliliyindən dünyaya gəlmişdir. O, həmçinin şair olmuş və Məxfi təxəllüsü altında şerlər yazmışdır. Ömrünün son 20 ilini atasının əmri ilə həbs edildiyi Səlimgarh qalasında keçirmişdir. Yazdığı şerlər ölümündən sonra toplanaraq Məxfi divanı adı altında yayımlanmışdır. Onun adınnı mənası "Qadının Gözəlliyi" anlamına gəlir. O, o zaman şahzadə olan Mudi-un-din (sonralar I ÖVrəngzib) ilə Dilras Banu Bəyimin ailəsində 15 fevral 1638-ci il tarixində Dəkkənin Dövlətabad şəhərində dünyaya gəlmişdir. Onun anası Dilras Banu Bəyim Övrəngzibin ilk və əsas arvadı idi və görkəmli Səfəvi sülaləsinə mənsub idi. Dilras Banu Bəyimin atası olan Bədiüzzaman Mirzə Səfəvinin ulu babası I İsmayıl idi.
Zinət-un Nisə Bəyim
Zinət-un Nisə Bəyim (5 oktyabr 1643, Övrəngabad – 7 may 1721, Dehli) — Böyük Moğol imperiyasının hökmdarı Övrəngziblə onun Səfəvi sülaləsindən olan birinci və əsas arvadı Dilras Banu Bəyimin evliliyindən dünyaya gələn ikinci qız şahzadə. O, atası tərəfindən fəxri titul olan Padşah Bəyim titulu ilə təltif edilmişdir. Zinət-un Nisə Bəyimimn adının mənası "Qadınlar arasındakı zinət" deməkdir. O, 5 oktyabr 1643-cü ildə Övrəngabad şəhərində dünyaya gəlmişdir. Onun anası olan Dilras Banu Bəyim Səfəvi sülaləsinə mənsub idi. Dilras Banunun atası Bədiüzzaman Mirzə Səfəvinin nəsli I İsmayıla qədər gedib çıxırdı. Bu Səfəvi sülaləsi tirəsi I İsmayılın oğlu Bəhram Mirzədən ortaya çıxmışdı. Bədiüüzzaman Mirzə moğol sarayında Şahnəvaz xan adı ilə tanınmaqda və Qucarat vilayətini idarə etməkdə idi. O, ən güclü moğol əyanlarından biri idi. Zinət-un Nisə dünyaya gəldiyi zaman moğol imperatoru onun babası və V moğol hökmdarı olan Sultan Şahcahan idi.
Zubdat-un Nisə Bəyim
Zubdat-un Nisə Bəyim (2 sentyabr 1651, Multan, Britaniya Hindistanı – 17 fevral 1707, Dehli) — Böyük Moğol imperatoru I Övrəngzibin üçüncü qızı və moğol şahzadəsi. Onun anası olan Dilras Banu Bəyim Səfəvi sülaləsinə mənsub olmuş və I İsmayılın soyundan gəlmişdir. Zubdat-un Nisə Bəyim 2 sentyabr 1651-ci ildə Multanda dünyaya gəlmişdir. Bu zaman onun atası Övrəngzib hələ şahzadə idi. Ana Dilras Banu Bəyim olmuşdur. Yaxşı təhsil almış olan Zubdat İslam dininin təməl doktrinası üzərinə mükəmməl təhsil almışdı. Zubdat özünün əmisinin oğlu Şahzadə Sipihr Şükuhla 30 yanvar 1673-cü ildə evlənmişdir. Şahzadə Sipihr Şükuh Zubdatın böyük əmisi vəliəhd şahzadə Dara Şükuh və Nadirə Banu Bəyimin üçüncü oğlu idi. Evlilik qarşılığında ona 400 min rupu pul verilmişdi. Onların toy mərasimi Həmid Banu Bəyim tərəfindən təşkil edilmişdi.
Un-no Kuçi döyüşü
Un-no Kuçi döyüşü -- 1536-cı ildə (yp 海ノ口城, un-no kuçi jou, sözün əsl mənasında Un-no Kuçi qalası kimi adlandırılır) o zaman on beş yaşlı Takeda Harunobunun ilk böyük qələbəsi idi. Daha sonra Takeda Şingen adını alacaq və Yaponiyanın ən məşhur sərkərdələrindən birinə çevriləcək. Harunobunun atası Takeda Nobutora, Un no Kuçidəki qalasında Hiraqa Genşinə hücum etdi, lakin geri çəkilməyə məcbur oldu. Harunobu, geri çəkilən qüvvələrin arxasında, qaladan təmizlənənə qədər gözlədi və sonra geri çevrildi və Takedanın qaçdığını görərək, hazırlıqsız tutulan bir qala qarnizonunu məğlub etmək üçün adamlarını apardı. Şingen 1541-ci ildə Takeda lideri olaraq atasını qəsb etdi və Şinano'yu fəth edərək Nobutora'dan üstün olmağa qərar verdi. 1542-ci ildə əyaləti işğal etdi və nəticədə orada iyirmi ildən çox döyüşdü.
Cərrahiyyə tarixi
Cərrahiyyə (cərrahlıq) — bədənə fiziki müdaxilə yoluyla diaqnoz, profilaktika və müalicə yollarını öyrənən tibb sahəsi. Azərbaycanın Çalağantəpə məntəqəsində aparıılmış arxeoloji qazıntılar nəticəsində, e.ə. IV minilliyə aid və üzərində trepanasiya əməliyyatının izlərini daşıyan insan kəlləsi aşkar olunmuşdur. Əməliyyat çınqıl daşından hazırlanmış skalpellə yerinə yetirilmişdir və, çox güman ki, xəstənin ağrı və iztirablarını azaltmaq, məqsədini güdürdü. Bu tapıntı tunc-daş dövründə yaşayan cərrahların müəyyən bilik və səriştəyə malik olmasından xəbər verir. E. ə. VIII–IV əsrlərdə Azərbaycanın qədim əraziləri olan Manna və Midiya dövlətlərində tibb Assuriya və Babilistan tibbinin təsiri altında inkişaf edirdi. Atroptena və Qafqaz Albaniyası dövlətlərində tibb nəzəriyyəsi qədim Zərdüştilikdən gələn və yunanlar tərəfindən mənimsənilmiş dörd unsur (od, su, torpaq və hava) nəzəriyyəsinə əsaslanırdı. Hippokrat və Qalenin əsərləri və ümumiyyətlə qədim Yunan tibbi Ellinizm dövründə (e.ə. IV əsrdən sonra) yayılmağa başladı.
Elm tarixi
Elm tarixi — elmin yaranmasını və elm fenomenini öyrənən tədqiqatlar. Elm elmi cəmiyyət tərəfindən dünya haqqında empirik, nəzəri və praktiki yolla toplanmış biliklər toplusudur. Elm tarixi həm obyektiv informasiyanı, həm də elmdə mövcud olmuş qeyri-obyektiv informasiyanı da toplayaraq tədqiq edir. Elmin tarixinin öyrənilməsi ilk növbədə saxlanılmış original və ya istinadən yenidən nəşr edilmiş mətnlər əsasında baş verir. «Elm» və «alim» terminləri istifadəyə XVIII—XX əsrlərdə daxil olub, ona qədər isə biliklərin hamısı toplam şəkildə «natural fəlsəfə» adlanırdı.
Ermənistan tarixi
Estoniya tarixi
Estoniya tarixi — estonların yaşadığı Baltik dənizinin şərq sahillərindən başlayır. Estonlar tarixən Tevton ordeni ilə yaxından əməkdaşlıq etmiş Livoniya ordeni və Hanza ittifaqı kimi birliklərin fəaliyyətində yaxından iştirak etmişlər. Estonlar eradan əvvəl Ural dağının ətəklərindən başlayaraq, indiki yaşadıqları ərazilərə doğru hərəkət etməyə başlamışdılar. Estonlar tarixi baxımdan Macarlar və Finlərlə yaxın münasibətlərdə olmuşlar. Estoniya sözünün dünya dillərində bu gündə işlədilən Eastern sözündən yarandığı ehtimal edilir. Şərq mənasını bildirən bu söz Eston xalqının Baltik dənizinin şərqində yaşadığını göstərirdi. Estonlar Baltik dənizinin şərqində yerləşən limanlarda XV əsrdən etibarən yaşamağa başlamışdılar. Estonlar Avropada Xristianlıq dinini ən geç qəbul etmiş xalqlardandır. XII əsrdə Baltik dənizinin şərq sahillərində ticarət fəaliyyəti ilə məşğul olmuş Almanların qədim nəsilləri yerli xalqı Xristianlıq dininə dəvət etmişdilər. Estonların yeni dinə maraq göstərmədiklərini və dini qəbul etməkdən imtina etdiklərini gördükdə, Roma Papası vəziyyət barədə məlumatlandırılmışdır.